Bu ilin yanvar-fevral aylarında dəmir yolu ilə 1 milyon 730,3 min sərnişin daşınıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu, 2025-ci illə müqayisədə 316,7 min sərnişin və ya 22,4% artım deməkdir.
Ötən ilin müvafiq dövründə bu göstərici 1 milyon 413,6 min nəfər olmuşdu.











