"Azərbaycan Dəmir Yolları" QSC 27 iyul tarixindən Bakı-Tbilisi marşrutu üzrə sərnişin qatarı və daxili marşrutlar üzrə tarifləri artırıb. FED.az xəbər verir ki, yeni tariflər ictimaiyyətə açıqlanmır, amma biletlər yeni qiymətlərlə satılır.
ADY-nin sərnişin daşınması departamentində Turan-a deyiblər ki, qiymətlər orta hesabla 10% artırılıb. Eyni zamanda, tarif artması yalnız kupe və SV-lərdəki aşağı yerlərə aiddir.
Turan