Bayram günlərində dəmir yolu ilə səyahət edənlərin sayı adi günlərlə müqayisədə iki dəfə artıb.
FED.az xəbər verir ki, bunu saytımıza açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər. Məlumata görə, bayram günlərində yerli qatarlara və Bakı-Tbilisi-Bakı sürət qatarına əlavə 73 vaqon qoşulub.
Yeddi gün ərzində qatarlarla 16 min 404 nəfər sərnişin daşınıb. Bu da adi iş günlərində daşınan normadan iki dəfə çoxdur.
Qatar biletlərinin bir hissəsi onlayn satılıb. Dəmiryolundan biliriblər ki, bayram günlər ərzində hər gün 300-dən çox onlayn bilet satılıb. Dəmir yolu ilə səyahət edənlərin böyük əksəriyyəti biletlərini 2-3 gün əvvəlcədən sifarişlə əldə edib. Sərnişinlərin əksəriyyəti Azərbaycandan xaricə gedənlər olub.
Qatarla Gürcüstana gedənlər 2 dəfə artıb - AÇIQLAMA
17:03
4 Yan 2018