Bakı-Gəncə qatarı Gəncə şəhərinə 3 saata çatacaq. Hazırda bu müddət 4 saatdır.
FED.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdr Cəmiyyətinin sədri Cavid Qurbanov Prezidentin qəbulunda olarkən deyib.
Eləcə də bax: Bakı-Gəncə sürət qatarının hərəkət - CƏDVƏLİ DƏYİŞDİRİLİR
Prezident İlham ƏLİYEV: Bakı-Gəncə dəmir yolu necə işləyir indi? Gəncədə son dəfə olarkən gəncəlilərə söz vermişdim ki, bu yol işləyəcək, artıq bu, fəaliyyətdədir. Bizim planımız var ki, Gəncədən Gürcüstan sərhədinə qədər də həmin o vaqonlar işləsin və sərhəd rayonlarında yaşayan vətəndaşlar da bundan faydalansınlar.
Cavid QURBANOV: Hazırda hər gün bir qatar gedir, bir qatar gəlir.
Prezident İlham ƏLİYEV: Neçə saata gedir?
Cavid QURBANOV: Dörd saata gedir, cənab Prezident. Amma bu, bizi qane etmir. Yolumuzun infrastrukturu imkan verir ki, bu sürəti biz Siz söylədiyiniz kimi, 140-a qaldıraq. Bu da o deməkdir ki, biz 3 saata Gəncə şəhərinə çata bilərik.
Prezident İlham ƏLİYEV: Üç saata?
Cavid QURBANOV: Bəli.
Prezident İlham ƏLİYEV: Çox gözəl.
Cavid QURBANOV: Sizin tapşırığınızdan sonra biz yenidən bu məsələ ilə məşğul olmuşuq. Bu gün Gəncə şəhərindən Ağstafa şəhərinə qədər olan yolda işləri tam bitirmişik. Orada 112-yə yaxın yol ötürücüsü var idi, onların da 67-sini artıq tamamlamışıq. Fikrimiz odur ki, Ağstafaya gediş-gəliş təqribən dörd saat yarıma olsun. Gəncəyə ən geci üç saat yarıma çatsın. Beləliklə, sərnişinlərin məmnunluğu, rahatlığı Sizin göstərişinizlə tam təmin olunacaq.
Marja