Bu gündən etibarən Daxili İşlər Nazirliyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə birlikdə qanunsuz sərnişindaşımaya qarşı reydlərə start verib.
FED.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
O bildirib ki, artıq səhər saatlarından etibarən reydlərə start verilib: "Hazırda Daxili İşlər Nazirliyinin Qaradağ postunda yol polisləri agentlik əməkdaşları ilə birlikdə reydlər keçirir. Tədbirlər 08:00-dan başlanıb. Tədbirlər bu gündən etibarən mütəmadi davam etdiriləcək, qanunsuz sərnişin daşıyanlara qarşı müvafiq tədbirlər görüləcək". (Trend)