Bölgələrə müntəzəm avtobus marşrutları üzrə qeyri-qanuni sərnişin daşımalarının qarşısının alınması məqsədilə oktyabrın 31-dən etibarən AYNA və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə birgə reydlər həyata keçirir.
Azərbaycanda avtomobillərin texniki baxışdan keçirilməsi qaydası - DƏYİŞDİRİLİB
FED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ətrafı da daxil olmaqla keçirilən reydlər çərçivəsində bu günədək 2722 avtonəqliyyat vasitəsi saxlanılıb:
"553 halda AYNA əməkdaşları İnzibati Xətalar Protokolu tərtib ediblər. 1975 avtonəqliyyat vasitəsinin sürücüsü isə məlumatlandırılıb və onlara xəbərdarlıq olunub. Reydlər davam etdirilir", - açıqlamada bildirilir. (Trend)