Xəbər verildiyi kimi, Tarif Şurası yeni tikilmiş Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzrə tarifləri müəyfən edib.
FED.az xəbər verir ki, H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə aşağıdakı kimidir:
1. Minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik - bütün yol üçün 12 manat.
2. Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik - bütün yol üzrə təxminən 15 manat.
3. Avtobuslar üzrə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində - bütün yol üçün 10 manat.
4. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpik - bütün yol üçün 25 manat müəyyən edilib.