FED.az xəbər verir ki, Azərbaycan Prezidenti Ləki-Qəbələ dəmir yolunun yay mövsümünə qədər istifadəyə verilməsini tapşırdı.
Eləcə də bax: Azərbaycanda yeni dəmiryolunun çəkilişinə başlanır - PUL AYRILDI SƏRƏNCAM
Xəbər verdiymiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edib.
Prezident “Ləki-Qəbələ yolunun tikintisi nə yerdədir?” deyərək Qurbanovdan soruşub.
Cavid QURBANOV: Ləki-Qəbələ yolunun tikintisi davam edir. Bu yolun uzunluğu 46 kilometrdir.
Prezident İlham ƏLİYEV: Amma hələlik torpaq işləri aparılır?
Cavid QURBANOV: Bəli, torpaq işləri aparırıq, yolun 11 kilometrini artıq qoymuşuq. Süni qurğular 100 ədəddir. Bunun 100-nü də artıq yerləşdirmişik, körpülər, istinad dayaqları və sair. İş davam edir.
Prezident İlham ƏLİYEV: Nə vaxt hazır olacaq?
Cavid QURBANOV: Bizim hesablamalarımıza görə, gələn ilin ortalarına, təqribən avqust-sentyabr aylarına artıq istifadəyə hazır olacaq.
Prezident İlham ƏLİYEV: Çalışın, yay mövsümünə qədər istifadəyə verilsin. Çünki yay aylarında o bölgələrə daha çox vətəndaş gedir. Ona görə, çalışın, yay mövsümünə qədər başa çatdırasınız.
Cavid QURBANOV: Baş üstə, cənab Prezident. Bizim dəmir yollarımızın 60 faizi Sovetlər Birliyi dövründə elektrikləşdirilmiş yollardır. Bu, həm Zaqatala-Qəbələ tərəfdədir, həm Astara zonasındadır. Sizin tapşırığınızdan sonra biz bu yollar üçün də 2-3 dizel qatarı sifariş etmişik. İki yeni qatarımız da gəlir. Qəbələyə işləyəcək bu qatarları sınaqdan keçirmək üçün Gəncə dəmir yoluna buraxacağıq.
Marja