Prezident İlham Əliyev oktyabrın 9-da “Siyəzən rayonunun Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən, min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.9-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,8 milyon manat ayrılıb.