Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub, Fəvvarələr Meydanı parkı, ictimai parkinq və piyada keçidi kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov və “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlət başçısına ötən müddətdə görülən işlər barədə məlumat veriblər.
Qeyd olunub ki, Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsindəki yeraltı piyada keçidində 220 metr uzunluğunda qalereyanın tikintisi yekunlaşıb, hazırda mərmər-qranitdən istifadə olunmaqla tavanın üzlənməsi işləri davam etdirilir. Həmin keçiddə 8 eskalator quraşdırılıb.
Məlumat verilib ki, “Bakı Ağ Şəhər” layihəsi üzrə Xəqani Rüstəmov və Süleyman Vəzirov küçələri də daxil olmaqla, yeni salınan yolların ümumi uzunluğu 22,3 kilometrə çatacaq, eni isə 16 metrdən 47 metrədək dəyişəcək. “Ağ Şəhər” layihəsi çərçivəsində “Yaşıl Ada və Villa Zonası” adlanan ərazidə ümumi uzunluğu 2 kilometrə çatan əsas və kəsişən bir neçə küçədə işlər yekunlaşıb. Layihə çərçivəsində küçələrdə 20 min kvadratmetr piyada səkisi və yolayrıcı inşa olunub. Yolların kənarında 300-dək çinar və zeytun ağacı əkilib.
Dövlət başçısı və xanımı Yaşıl Ada kvartalının artıq məskunlaşdırılan ilk məhəllələri ilə tanış olublar. Məhəllələrdə uşaqlar üçün oyun meydançası, yaşıllıq zonası, yerüstü avtodayanacaq yaradılıb.
Sonra prezident İİlham Əliyevə 2-ci Yaşıl Ada küçəsində aparılan işlər barədə məlumat verilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Yaşıl Ada kvartalı çərçivəsində salınan yeni yaşıllıq məkanı ilə də tanış olublar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” ərazində tikinti işlərinin gedişi ilə tanış olmaq üçün avtobusla gəzintiyə çıxıblar.
Dövlət başçısına məlumat verilib ki, burada “Ağ Şəhər”in Mərkəzi Park Rayonu salınacaq.
Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı Ağ Şəhər” çərçivəsində layihələndirilən Fəvvarələr Meydanı parkı, piyada keçidi və ictimai parkinq kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər” çərçivəsində layihələndirilən Fəvvarələr Meydanı parkı, piyada keçidi və ictimai parkinq kompleksinin təməlini qoyub. Sonra prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada ağac əkiblər.
Təməlqoyma mərasimindən sonda xatirə şəkili çəkdirilib.