Nəqliyyat

Paytaxta 300 yeni avtobusun gətirilməsi işləri noyabrda - YEKUNLAŞACAQ

Paytaxta 300 yeni avtobusun gətirilməsi işləri noyabrda - YEKUNLAŞACAQ | FED.az
15:04 10 Okt 2019

Bakıya 300 yeni avtobusun gətirilməsi işləri noyabrda yekunlaşacaq.

FED.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev jurnalistlərə müsahibəsində deyib.

Eləcə də bax: "Bu il 300 avtobus gətirilib, gələn il də ən azı 300 müasir - AVTOBUS GƏTİRİLƏCƏK"

O bildirib ki, dövlət tərəfindən avtobus parkının yenilənməsi üzrə işlər görülür. Artıq 300 avtobusun təxminən 210-u paytaxta gətirilib. Digərlərinin də gətirilməsi istiqamətində işlər davam edir. Gətirilən avtobuslar ilin sonunadək xəttə buraxılacaq.

Digər xəbərlər