İrəvan Bakıya dəmir yolu ilə qarşılıqlı yükdaşımalara başlamağı təklif edir, müvafiq təklif Azərbaycan tərəfinə göndərilib.
"Dırnaqarası “Sülh kəsişməsi” layihəsinin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur"
FED.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.
"Biz Azərbaycana kommunikasiyaların açılması məsələsinin konkret həll yolunu təklif etmişik. Burada həm Ermənistanın, həm də Azərbaycanın mövqeyi nəzərə alınır. Bu mövqeləri nəzərə almaqla, biz Bakıya Azərbaycanın qərb rayonlarından Ermənistanın Mehri şəhəri vasitəsilə Naxçıvana və əks istiqamətdə dəmir yolu nəqliyyatı ilə yük daşımalarına başlamağı təklif edirik", - N.Paşinyan bildirib.
Onun sözlərinə görə, İrəvan həmçinin Bakıya Naxçıvan ərazisindən keçməklə Mehriyə dəmir yolu ilə yük daşımalarına başlamağı da təklif edir.
"Gələcəkdə, müvafiq atmosfer yaranarsa, sərnişin daşımaları barədə də düşünməyə başlayacağıq. Biz Azərbaycanın müsbət reaksiyasını gözləyirik", - Ermənistanın baş naziri qeyd edib. (Report)