Banner

Nəqliyyat

Paris Olimpiya Oyunları zamanı - UÇAN TAKSİLƏRDƏN İSTİFADƏ OLUNACAQ 

Paris Olimpiya Oyunları zamanı - UÇAN TAKSİLƏRDƏN İSTİFADƏ OLUNACAQ  | FED.az
19:56 20 İyun 2019

Fransanın Paris şəhərində 2024-cü ildə keçirilməsi planlaşdırılan Olimpiya Oyunları zamanı uçan taksilərdən istifadə olunacaq. 

ELƏCƏ DƏ BAX : Uçan taksi ilk uçuşunu keçirdi – VİDEO

FED.az xəbər verir ki, bu barədə Fransanın nəqliyyat naziri Elizabet Born məlumat verib. 

Onun sözlərinə görə, uçan taksilərdən yarışlar zamanı istifadə onların ətraf mühitə zərərsiz və ictimai nəqliyyat növünə uyğun gəlib-gəlmədiyini sınamaq üçün bir imkan olacaq.

Qeyd edək ki, layihə Paris aeroportu (ADP) tərəfindən Paris-Burje beynəlxalq aeronavtika və fəza sərgisində təqdim edilib. Uçan taksiləri qəbul edəcək aeroportun adı ilin sonunda açıqlanacaq. Nəqliyyat vasitəsi üçün portun tikilişi 18 aya və 10 milyon avroya başa gələcək. Layihənin reallaşması məqsədilə Paris aeroportu artıq Fransanın "Airbus" şirkəti ilə əməkdaşlığa başlayıb.

Digər xəbərlər

Banner