Banner

Nəqliyyat

Ötən gün karantini pozan - 1 049 SÜRÜCÜ CƏRİMƏLƏNDİ

Ötən gün karantini pozan - 1 049 SÜRÜCÜ CƏRİMƏLƏNDİ | FED.az
09:52 4 May 2020

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 03.05.2020-ci il saat 00:00-dan 04.05.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

Eləcə də bax: Pandemiya dövründə ictimai nəqliyyat üçün - QAYDALAR MÜƏYYƏNLƏŞİB

FED.az xəbər verir ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 03.05.2020-ci il saat 00:00-dan 04.05.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 049 nəfər  İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47 477 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Digər xəbərlər

Banner