Bakıda fəaliyyət göstərən vaxti ilə iri nəqliyyat şirkətlərindən biri - «Transavto EKS» ASC fəaliyyətini dayandırdığını və ləğv edildiyini elan edib.
FED.az xəbər verir ki, Bakının Binəqədi rayonu Dərnəgül qəsəbəsi 3105-ci məhəllədə yerləşən müəssisə «Naxçıvanlıların qarajı» adı ilə tanınır.
Şirkət rəhbərliyi fəaliyyətini dayandırmasını ağır tonnajlı yük avtomobillərinin Bakı şəhərinə girişinə qoyulan məhdudiyyətlər və bir sıra digər məqamlarla əlaqələndirir.
Bununla bağlı olaraq 24 sentyabr 2019-cu ildə «Transavto EKS» ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Yığıncaqda əsas məsələ ağır tonnajlı yük avtomobillərinin Bakı şəhərinə girişinə qoyulan məhdudiyyətlər və bir sıra digər məqamlarla əlaqədar ASC-nin fəaliyyətində yaranan maliyyə problemlərinin müzakirəsi, ASC-nin ləğvi və başqa çıxış yolunun tapılması üçün qərarın qəbul edilməsi olacaq.
FED.az-ın əldə etdiyi məlumata görə, artıq şirkət fəaliyyətini dayandırıb və onun ərazisi satılıb.