Naxçıvan şəhərində aviakassaların iş vaxtı 2 saat artırılıb.
FED.az xəbər verir ki, bu barədə Naxçıvan Beynəlxalq Hava Limanından bildirilib.
Məlumata görə, bu addım sərnişin sıxlığı nəzərə alınaraq atılıb. Beləliklə, bundan sonra aviakassalar saat 09:00-dan 19:00-a qədər deyil, saat 07:00-dan 19:00-a qədər işləyəcək.
Paralel oalraq aviabiletlərin onlayn satışı da həyata keçirilir. (Report)


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








