Martın 10-da İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi Azərbaycan-İran müştərək iqtisadi komissiyasının 15-ci iclasında iştirak etmək üçün Bakıya səfər edib.
Eləcə də bax: “Naxçıvana quru yolla səfərlər bərpa olunacaq” - İRANLI NAZİR
FED.az xəbər verir ki, nazir səfər çərçivəsində Naxçıvan-Məşhəd sərnişin qatarının yenidən fəaliyyəti, İran və Azərbaycan arasında uçuşların bərpasını, İran yük maşınlarının Azərbaycan ərazisində tranzit xərclərinin azaldılması və ya ləğvi kimi məsələləri müzakirə edəcək.
Qasiminin səfəri çərçivəsində Azərbaycan və İran arasında sənaye, nəqliyyat və ticarət sahəsində memorandum imzalanacaq. (Apa)