Toğanalı-Kəlbəcər avtomobil yolunun 13.5-cı km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 m-dən Murovdağ zirvəsinədək 3250 m-ə qədər artır.
Eləcə də bax: Murovdağ tunelinin tikintisinin nə zaman bitəcəyi - AÇIQLANDI
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən FED.az-a verilən məlumata görə, bu hissədə uzunluğu 11658, hərəkət hissəsinin eni bir istiqamət üzrə 12 metr təşkil edən dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası davam etdirilir.