Banner

Nəqliyyat

Metroya daxil olanda tibbi maska taxmaq - TƏLƏB OLUNACAQ

Metroya daxil olanda tibbi maska taxmaq - TƏLƏB OLUNACAQ | FED.az
16:32 2 May 2020

Pandemiya dövründə metroya daxil olanda tibbi maska taxmaq tələb olunacaq.

Eləcə də bax: Taksilərin fəaliyyətinə dair - QAYDALAR MÜƏYYƏNLƏŞİB

FED.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərində məlumat verilib. 

Qeyd edilib ki, bilet kassalarının, ödəməterminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə - metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalıdır. Eyni zamanda məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində - yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır.

Digər xəbərlər

Banner