Bu il Bakı Metropoliteni dövlət büdcəsindən birbaşa dotasiya şəklində 45 milyon manat alacaq. Bu, əvvəlki iki il ərzində maliyyə zərərlərini ödəmək üçün dövlətdən alınan yardımın miqdarına uyğun gəlir. Halbuki 2018-ci ilin avqustundan etibarən metroda gediş haqqı 50%-ə artırılıb.
Nə hökumət, nə də Bakı Metropoliteni subsidiyaların həcminin köhnə səviyyəsində saxlanmasının səbəbləri ilə əlaqədar heç bir şərh vermir. Metropoliten 2018-ci ildəki gəlirlərini açıqlamır. Sərnişin axını il ərzində təxminən 1,1% artıb.
2017-ci ildə yeraltı sərnişin daşımalarından 44,3 milyon manat əldə edilib. Maraqlıdır ki, 2017-ci ildə dövlət büdcəsində metropolitenə 30 milyon manat səviyyəsində maddi yardım nəzərdə tutulub. Amma Nazirlər Kabinetinin sərəncamına əsasən, Bakı Metropoliteninə daha 15 milyon manat subsidiya verilib.
© Contact