“Bakı Metropoliteni” QSC-də çalışan əməkdaşların əməkhaqları artırılıb.
FED.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Maliyyə nazirinin 15 noyabr 2019-cu il tarixli məktubuna əsaslanaraq, Əmək Məcəlləsinin 158-ci maddəsinin 1-ci bəndinə və “Bakı Mertopoliteni” QSC üzrə “2019-2021-ci illər üçün Kollektiv Müqavilə”nin 3.1-ci və 3.2.1-ci bəndlərinə müvafiq olaraq verilən əmrdə deyilir:
Eləcə də bax: Metrodan istifadə edənlərin - SAYI ARTIB
- “Bakı Metropoliteni” QSC-də çalışan işçilərin aylıq (vəzifə) maaşları 1 noyabr 2019-cuil tarixindən 10 faiz həcmində artırılsın və Maliyyə Departamenti noyabr ayı üzrə əməkhaqlarının artımının hesablanmasını təmin etsin.
- “Bakı Metropoliteni” QSC üzrə “Əməyin Ödənilməsi sistemi, tarif (vəzifə) maaşları, onlara əlavələrin tətbiq edilməsi qaydaları haqqında Əsasnamə”nin tərkib hissəsi olan əlavələrdə qeyd olunan tarif ( vəzifə) maaşları artım nəzərə alınmaqla təsdiq edilsin.
- “Bakı Metropoliteni” QSC üzrə qəbul edilmiş “2019-2021-ci illər üçün Kollektiv Müqavilə”nin 3.2.16 bəndinə müvafiq olaraq xidmət illərinə görə işçilərin yeni mükafat ölçüləri ilə əvvəlki mükafat ölçülərinin məbləği arasında yaranmış əlavə məbləğlərə dair siyahı təsdiq edilsin.
- “Bakı Metropoliteni” QSC-nin 10 yanvar 2019-cu il tarixli 15 saylı əmrinə əsasən? yeni əməkhaqqı sisteminə keçidlə bağlı əməkhaqlarında azalma fərqi yaranan işçilərin yeni siyahısı 1 noyabr 2019-cu il tarixinə təsdiqlənsin.
- “Bakı Metropoliteni” QSC üzrə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə ödənilən aylıq ödəncin miqdarı 10 faiz artırılsın.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Modern.az-aın sorğusuna cavab olaraq faktı təsdiqləyib.