Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə qərar qəbul edib.
Maşınların cərimə meydançasına aparılması - XƏRCİ DƏYİŞƏCƏK – YENİ QƏRAR
FED.az xatırladır ki, bu sənəd Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmişdi.
Bu dəfə Əsasnaməyə bir cümlə əlavə edilib. Sənədin 3.4-cü maddəsinə edilən əlavəyə görə, Daxili İşlər Nazirliyi balansındakı mühafizə olunan duracaqlara nəqliyyat vasitəsinin gətirilməsi və orada saxlanılması üçün haqların məbləğini İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla təsdiq etməlidir.













