Almaniyanın "Lufthansa" aviaşirkəti koronavirus səbəbindən Çinə uçuşları fevralın 9-dək dayandırıb.
FED.az xəbər verir ki, "Lufthansa"nın törəmə şirkətləri olan "Swiss Airlines" və "Austrian Airlines"ın da Çinə uçuşları qeyd olunan tarixədək dayandırıblar.
Qeyd edək ki, bundan əvvəl uçuşların qismən və ya tamamilə ləğvi barədə qərar "British Airways", "Lion Air", "United Airlines", "Air Canada" və digər daşıyıcılar tərəfindən verilib.
Xatırladaq ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Pekin, "China Southern Airlines" isə Quançjou-Bakı aviareysləri üzrə uçuşları müvəqqəti olaraq dayandırıb.
Apa