Toyota Motor-un premium avtomobil markası Lexus, lüks avtomobilin ardından indi də yaxta istehsalına başlayır.
FED.az Fortune.com-a istinadən xəbər verir ki, Lexus-un istehsal etdiyi 20 metrlik ultra lüks yaxtalar ABŞ-da gələn ilin ikinci yarısından etibarən satışa təqdim olunacaq.
Yaxta 15 nəfərlikdir. Yaxtada salon, üç yataq otağı mövcud olacaqdır.
Lexus-un sədr müavini Shigeki Tomoyama yaxtanın qiymətini açıqlamayıb, ancaq öz kateqoriyasında digər yaxtalarla bənzər bir rəqəmdən bazara təqdim olunacağını bildirib (Məs; Sunseeker-ın 20 metrlik yaxtası 3 milyon dollara satılır).
Lexus yaxta biznesi ilə, əşya və obyektlərdən daha çox aktivliyə pul xərcləmək istəyən zəngin təbəqəni hədəfləyir.
Lexus yaxta istehsal edən yeganə avtomobil istehsalçısı deyil; Mercedes də 2016-ci ildə məhdud sayda istehsal etdiyi yaxtanı satışa çıxarıb.