Hazırda Laçın Hava Limanının tikintisi üzrə işlərin ümumi icra vəziyyəti 65 % təşkil edir.
Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair - MÜQAVİLƏ İMZALANIB - FOTOLAR
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupunun Xankəndi şəhərində keçirilən növbəti iclasında deyib.
O bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”a uyğun olaraq hazırda həmin ərazilərdə avtomobil və dəmir yollarının bərpa və tikintisi, yeni hava limanlarının tikintisi, telekommunikasiya şəbəkələrinin qurulması kimi strateji layihələrin icrası davam etdirilir.