Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) xarici şirkətlərə yerli tərəfdaşların tapılması, ölkəmizə investisiya qoyuluşu sahəsində dəstək göstərməkdə davam edir.
FED.az xəbər verir ki, KOBİA-dan bildirilib ki, bu sahədə növbəti görüş Türkiyənin Bakıda səfərdə olan “Aras Kargo Yurt içi Yurt dışı Taşımacılık A.Ş.” holdinqinin İdarə Heyətinin üzvləri ilə təşkil olunub. Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycanın logistika və investisiya imkanları, agentliyin xarici iş adamlarına yerli şirkətlərlə əməkdaşlıq və birgə layihələrin icrası istiqamətində göstərdiyi dəstək barədə məlumat verib, əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.