Banner

Nəqliyyat

Karantini pozan - 1 251 SÜRÜCÜ CƏRİMƏLƏNDİ

Karantini pozan - 1 251 SÜRÜCÜ CƏRİMƏLƏNDİ | FED.az
10:02 25 Aprel 2020

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 24.04.2020-ci il saat 00:00-dan 25.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 251 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

FED.az xəbər verir ki, bu barədə  Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Eləcə də bax:  TƏBİB sədri: "Karantinin tam aradan qaldırılması təhlükəlidir"

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 38766 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Digər xəbərlər

Banner