Xəbər verdiyimiz kimi, yanvarın 18-dən etibarən Azərbaycanda sərt karantin rejimi yumşaldılıb. İş yerlərinin açılmasından sonra ictimai nəqliyyatda sıxlıq müşahidə edilir.
Eləcə də bax: Bakı Metrosu nə vaxt - Açılacaq?
Məlumdur ki, Bakı metrosu hələ də açılmayıb və onun nə zaman fəaliyyətə başlayacağı barədə rəsmi informasiya yoxdur. Ona görə də sərnişinlər ictimai nəqliyyatdan daha çox istifadə edirlər. Bu isə hər gün pik saatlarda avtobuslarda sıxlığın yaranmasına gətirib çıxarır.
FED.az xəbər verir ki, növbəti belə bir mənzərə 2 nömrəli avtobusda qeydə alınıb. Koronavirusa yoluxanların sayının azaldığı bu günlərdə müşahidə edilən bu cür sıxlıqlar statistikanın yenidən artacağını istisna etmir. (Qafqazinfo)