İş yerlərinin önündə avtomobili park etmək pulsuzdur, amma imkan xarici vətəndaşlara aid deyil. Məsələ qanuni dayanma yerindən, yəni “azparkinq”in ərazisindən gedir.
Deputat: “Əvvəl parklanmaya 1-2 manat xərc çıxırdısa, indi 8-10 manatdır”
FED.az xəbər verir ki, iş adamı, stilist Anar Ağakişiyev bildirib ki, bu sahədə başqa boşluqlar da var. Məsələn, o, iş yerinin qarşısında maşın park etdiyi üçün aylıq 400 manatdan çox pul verir. Problemlə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etdiyini deyir.
Müsahibimiz vurğulayıb ki, hazırda ölkə ərazisində on minlərlə xarici ölkə vətəndaşı yaşayır. Bu üsulun isə onlara tətbiqi iş sektorunda problemin daha da dərinləşməsinə gətirib çıxarır.
Bəs nəqliyyat vasitələrinin parklanmasına görə qərar hazırlananda ölkəmizdə iş icazəsi olan əcnəbilər niyə nəzərə alınmayıb? Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə də müraciət etdik.
Agentliyin mətbuat xidmətinin rəhbəri Tural Orucov bildirdi ki, qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb. (Xezerxeber.az)