İstanbul Taksiçilər Palatasının sədri Eyüp Aksu, İstanbulda taksi ilə gedişhaqqı qiymətlərinin 25 faiz artırıldığını açıqlayıb.
ELƏCƏ DƏ BAX : Bakı-Məşhəd və Bakı-Tehran-Kərbəla avtobus marşrutları - İSTİSMARA VERİLƏCƏK
Türkiyə Sürücülər və Avtomobilçilər Federasiyası nümayəndəsi, «İSTANBUL TAKSİCİLER ODASI» rəhbəri Eyuz Aksu bildirib ki, bu sahədə sonuncu dəfə dəyişiklik 2017-ci ilin iyulunda olmuşdu: «Bundan 24 ay keçib və o vaxtdan tarifləin dəyişdirilməsini gözləyirdik. Təəssüf ki, tam gözlədiyimiz olmasa da tariflərdə artım var».
Dəyişikliklərdən sonra İstanbulda taksi qiymətləri 25% artıb. Belə ki, müştərinin avtomobilə oturması əvvəllər 10 lirə idisə, indi 13 lirə oldu, və taksimetrin qoşulması əvvəllər 4 lirə olduğu halda, indi 5 lirə olacaq.
Hər kilometr tarifi isə 2,5 lirə olduğu halda, bundan sonra 3,1 lirə olacaq.