Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Tavuş vilayətinə səfəri çərçivəsində İrəvan-Sevan-İcevan-Azərbaycan sərhədi dövlətlərarası avtomobil yolunun əsaslı təmiri ilə tanış olub.
Eləcə də bax: Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin tikintisinə başlanılıb - VİDEO
FED.az bu barədə “Sputnik Armenia”ya istinadən xəbər verir.
Bildirilib ki, yolun əsaslı təmiri dövlət büdcəsi hesabına həyata keçirilir. İşlərə bu il başlanılıb. Təmirin 2022-ci ilin sonuna qədər başa çatdırılması gözlənilir. (Report)