İran Tehran ətrafında aviaqəzada həlak olmuş ukraynalıların ailələrinə 80 min dollar təzminat təklif edib, amma bu məbləğ Kiyevi qane etmir.
FED.az xəbər verir ki, bu barədə bazar günü Ukrayna prezidenti Vladimir Zelenski "1+1" telekanalında bildirib.
Eləcə də bax: Beş ölkə vurulmuş “Boeing”ə görə İrandan - PUL TƏLƏB EDİR
"İran tərəfi haqqında - onlar dərhal hər həlak olan şəxsin ailəsinə 80 min dolalr təklif etdilər, amma biz bununla razılaşmadıq. Mənə elə gəlir ki, bu azdır. Hərçənd, əlbəttə, insan həyatı heç bir pulla ölçülmür, amma biz təzyiq göstərəcəyik ki, ödəmələr daha çox olsun", - Ukrayna prezidenti bildirib.
"Ukrayna Beynəlxalq Hava Yolları" şirkətinə məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehran aeroportundan uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Nəticədə 176 nəfər həlak olub. Onlar Əfqanıstan, Almaniya, İran, Kanada və Ukrayna, həmçinin Böyük Britaniya və İsveç vətəndaşları idi. İranın Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 11-də bəyanat yayaraq təyyarənin səhvən Hava Hücumuna qarşı Müdafiə Sitemi tərəfindən vurulduğunu eitraf edib.
Report