İpoteka kreditlərinin növü üzrə bölgüsünə əsasən, bu növ kreditlərin 91,4%-i çoxmənzilli binalarda mənzillər, 8,6%-i isə fərdi mənzillərin alınması üçün verilib.
Bu haqda Azərbaycan İpoteka Fondu məlumat yayıb.
Məlumatda digər statistik göstəricilər əks olunub. Belə ki, ipoteka götürənlərin 50-dən çoxu 1000 manatdan çox maaş alır. İpoteka krediti götürənlərin əksər hissəsi (51,4%-i) özəl sektorda işləyir. Borcalanların 68,2%-i evli, 31,8%-i isə subaydır. Ən maraqlı nüans isə ipoteka krediti alanaların cəmi 2%-ni qadınlar təşkil edir.