2015-ci ildəki devalvasiyadan sonra Azərbaycanda inşaat sektoru ağır duruma düşüb.
FED.az xəbər verir ki, bu barədə Türkiyə və Azərbaycan İşadamları və Sənayeçiləri Birliyinin (TÜİB) bu gün keçirilən torlantısında qurumun rəhbəri Ali İhsan Genç bildirib.
Onun sözlərinə görə, ötən vaxt ərzində inşaat işləri xeyli azalıb: "Doğrudur dövlət başçısının tapşırığı ilə Mənzil İnşaatı üzrə Dövlət Agentliyi fəaliyyətə başlayıb və bu sahədə ciddi işlər görür. Amma ümumi vəziyyətə təsir etmək üçün bu işlər hələlik kifayət etmir".
TÜİB rəhbərinin sözlərinə görə, inşaat işlərinin azalması ölkədəki inşaat müəssisələrinin fəaliyyətinə də mənfi təmir edir: "Azərbaycanda 3 iri müəssisənin sement istehsal gücü ildə 4 milyon 750 min tondur. Kiçik müəssisələri də nəzərə alanda illik istehsal gücü 5,5 milyon tondur. Amma İnşaat sektorundakı durğunluq səbəbindən onlar gücünün yalnız yarısı qədər çalışırlar. Hazırda bütün sement müəssisələrinin istehsal həcmi ildə 2,5-2,8 milyon tondur" - deyə A.İ.Genç bildirib.
"İnşaat sektoru ağır durumdadır" - TÜİB rəhbəri
11:12
30 Sen 2017