“İjavia” Rusiyanın 9 şəhərindən Bakıya uçuşlar həyata keçirəcək
14:2028 Avq 2019
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) “İjavia” aviaşirkətinə Rusiyanın 9 şəhərindən Azərbaycana müntəzəm uçuşlar həyata keçirmək üçün icazə verib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Rosaviasiya”nın ötən gün qəbul etdiyi qərara əsasən, “İjavia” Həştərxan, Volqoqrad, Ulyanovsk, Saratov, Perm, Çelyabinsk, Orenburq, Rostov-na Donu və Nijni Novqoroddan Bakıya uçuşlar həyata keçirmək üçün icazə alıb.