Azərbaycanda tikilicək sosial mənzillərdə aylıq ödəniş elə müəyyən olunacaq ki, bu məbləğ oxşar evlərin aylıq kirayə haqından artıq olmasın. Bu barədə Agentliyin rəhbəri Samir Nuriyev bildirib.
Onun sözlərinə görə, təsdiq olunmuş qaydalara əsasən, sosial mənzillərin həm nağd qaydada, həm də 3 ildən 30 ilədək müddətdə İpoteka Fondunun güzəştli ipoteka sistemi vasitəsilə satışı nəzərdə tutulur.
«Uzunmüddətli ödəniş istemi baxımından biz çalışacağıq ki, həmin ödənişlər orta kirayə haqqından artıq olmasın. Yəni faktiki olaraq bir otaqlı mənzillər üçün aylıq ödəniş 130-140 manatdan başlasın, 3 otaqlılar üçün isə 330-350 manatdan yuxarı olmasın.
Qiymətlər elə olmalıdır ki, insanlar bu gün icarəyə ödədikləri vəsait qədər ödəniş etməklə bir qədər sonra həmin evin mülkiyyətçilərinə çevrilsinlər».
Sosial evlər hansı şəhərlərdə olacaq?
Hazırda Yasamal rayonu ərazisində tikilən komplekslə yanaşı Bakıda 2-ci belə kompleksin inşası də planlaşdırılır və bu çox güman ki, şəhərin ətrafında olacaq.
Eyni zamanda Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonlarında da sosial mənzillərin tikintisi üçün sahələrə baxılır.
Samir Nuriyev bildirib ki, sosial mənzillərə ehtiyacı olanlar arasında sorğu keçirməklə evlərin tikintisi üçün yerlər də seçiləcək: «Evləri elə yerlərdə tikmək istəyirik ki, vətəndaşlara uyğun olsun. İlk öyrənldiyimiz rəylər odur ki, belə evlər Bakı ətrafında olsın. Ona görə də ikinci layihəmiz də çox güman ki, Bakı ətrafında olacaq».
Sosial mənzillərin sahəsi nə qədər olacaq?
Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda tikilən sosial evlərin ilk kompleksində 1850 mənzil olacaq. Kompleksdə mənzillər 1-2 və 3 otaqlı olacaq.
Kompleksdə 1 otaqlı mənzillərin sahəsi 30-35 kvadratmetr, 2 otaqlıları 50-60 kvadratmetr, 3 otaqlı mənzillər isə 65-75 kvadratmetr olacaq.
Yasamalda tikilən kompleksdəki binalar 9-12 mərtəbə olacaq. Mənzillərin layihələndirilməsi zamanı bütün standartlara əməl olunacaq. Burada mənzillərin 16%-i 1 otaqlılır, 60%-i 2 otaqlılar, 24-25% isə 3 otaqlılar olacaq.
Bu evlərin tikilib satılması təqribən 2-3 il çəkəcək.
Fins©