Gürcüstan bu ilin yanvar-iyun ayları ərzində tranzit yük maşınlarından 86,7 milyon lari (33,6 milyon dollar) gəlir əldə edib.
Beynəlxalq avtomobil daşımalarına dair icazə blankları və rüsumlar - LƏĞV OLUNUR
FED.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatında bildirilib. Qeyd olunub ki, bu ötən ilin analoji dövrü ilə müqayisədə 2,05 dəfə çoxdur. Belə ki, ötən ilin birinci yarısında Gürcüstan tranzit yük maşınlarından 41,9 milyon lari (16,24 milyon dollar) əldə edib.
Cari ilin birinci yarısında Gürcüstandan ümumilikdə 247 753 yük maşınının dəhliz kimi istifadə etdiyi qeyd olunub. (Apa)