Gürcüstan parlamenti ölkəyə daxil olan xarici dövlət nömrə nişanlı avtomaşınlarla bağlı yeni qanun qəbul edib. Qanuna əsasən, 15 gündən artıq Gürcüstan ərazisində qalan xarici nömrəli maşının sürücüsü ölkəyə daxil olan zaman nəqliyyat vasitəsini sığortalamalıdır. Qanun layihəsi prezident tərəfindən təsdiqlənərsə, 2018-ci il 1 mart tarixindən qüvvəyə minəcək.
"Sputnik Georgia" agentliyinin məlumatına görə, layihəyə əsasən, Gürcüstana daxil olan xarici nömrəli maşınların sığorta qiyməti nəqliyyat vasitəsinin növundən və sığorta müddətindən asılı olacaq. Sürücülər sığortanı nəzarət-keçid məntəqəsində əldə edilə biləcəklər. Avtonəqliyyat vasitəsini 15, 30, 90 günlük, həmçinin 1 illik sığortalamaq mümkün olacaq. Sığorta yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmişə dəymiş həm fiziki, həm də maddi zərəri əhatə edəcək.
Sürücülər sığorta olunmayan motosiklet, minik avtomobili, kənd təsərrüfatı texnikasına görə 100 lari (39,2 dollardan çox), avtobus və yük avtomobilləri üzrə 200 lari (78,4 dollar) cərimələnəklər.