Gürcüstanda koronavirusun daha geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində avtomobillərin hərəkəti tam qadağan olunur.
Eləcə də bax: Yük daşıma üçün icazələrin verilməsinə - BAŞLANILDI
FED.az “report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani xüsusi brifinqdə bildirib.
Onu sözlərinə görə, qadağa aprelin 17-dən saat 12:00-dan etibarən aprelin 21-dək qüvvədə olacaq.
Hökumət rəsmisi qeyd edib ki, bu məhdudiyyətlər yük daşımaları və distribütor maşınlarına aid edilməyəcək.