Xəbər verildiyi kimi, 6 ildən sonra ilk dəfə Azərbaycandan Gürcüstana sərnişin qatarlarının fəaliyyəti bərpa olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, mayın 18-də Bakıda fəaliyyətə başlayan WUF13 Şəhərsalma Forumu çərçivəsində Bakıya səfər edən Gürcüstan baş nazirinin səfəri çərçivəsində əldə edilən razılaşmaya əsasən mayın 26-dan etibarən Bakı-Tbilisi sərnişin qatarlarının fəaliyyəti barpə olunacaq.
Qatarın işə düşəcəyi ilə paralel olaraq gediş biletlərinin qiyməti də açıqlanıb. Azərbaycan Dəmir Yollarının açıqladığı preyskuranta əsasən Bakıdan Tbilisiyə gediş qiymətləri müxtəlif siniflər üçün fərqli olacaq.
Belə ki, «komfort» adlanan vaqonlarda gediş haqqı 81 manatdan, «komfort +» adlanan qatarlarda gediş haqqı 117 manatdan, «lüks» adlanan vaqonlarda gediş haqqı isə 180 manatdan başalayır. Qiymətlərin belə yüksək ictimaiyyətdə birmənalı qarşılanmayıb. ADY-nin qiyməti əsaslandırması cəhdlərinə baxmayaraq eyni marşrutda gediş haqqının 2020-ci illə müqayisədə təqribən 3 dəfə baha olması əksəriyyətin narazılığına səbəb olub.
Yeri gəlmişkən, narazılığa baxmayaraq qısa müddət ərzində yeni qatara 1000 bilet satılıb, və tələbatı ödəmək üçün qatara yeni vaqon əlavə olunub. Amma məhz biletlərin sürətli satışı qiymətlərlə bağlı daha bir yeniliyi üzə çıxarıb – qiymətlər əslində elan ediləndən daha yüksəs imiş.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, ADY yuxarıda göstərilən qiyməti açıqlayarkən elan etmişdi ki, edlan edilənlər - başlanğıc (yəni minimum) qiymətlərdir. Həftənin günləri, səfərin tarixi, yer seçimi və sair opsiyalardan asılı olaraq qiymətlər bu məbləğlərdən fərqlənəcək. Doğrudan da, indi məlum olur ki, səfərə az müddət qalanda qiymətlər «komfort»da 81 manatdan 125 manata, «komfort+»da 117 manatdan 180 manata, «lüks» sinfində isə elan edilmiş 180 manatdan 277 manata yüksəlir. Özü də qiymətlər hər iki istiqamətdə eynidir.
Bakı-Tbilisi istiqaməti

Hətta bir ay sonrakı səfərlərdə də qiymətlər elan ediləndən daha yükskədir. «Komfort»da elan edilmiş 81 manat əvəzinə 93 manata, «komfort+»da 117 manat əvəzinə 135 manata, «lüks» sinfində isə elan edilmiş 180 manat əvəzinə 208 manata yüksəlib.

Əlavə olaraq ADY səfərlə bağlı daha bir incə, amma xoşagəlməz yeniliyi açıqlayıb ki, qatarla səfər zamanı çəkisi 23 kiloqrama qədər olan yüklərin daşınması pulsuzdur. 23 kiloqramlıq yüklərin pulsuz daşınması isə daha təyyarə səfərləri ilə assosiasiya olunur.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, qatarların fəaliyyətə başlamasına qədər sərnişinlər üçün Tbilisi ilə yeganə işlək nəqliyyat əlaqəsi təyyarə ilə idi. Amma bu sahədə də qiymətlər yüksək idi. Ona görə də sərnişin qatarının işə düşməsi təyyarələrdən daha ucuz səyahət gözləntisi yaratmışdı. ADY-nin açıqladığı qiymətlərdən sonra isə təyyarə səfərlərinin o qədər də baha olmadığı aydınlaşıb. Hər halda qatarlardakı real gediş haqları təyyarə qiymətləri ilə müqayisə olunacaq həddə çatıb.
Səfərin təkcə qiymət deyil şəraitin də nəzər alanda, müqayisə imkanı genişlənir: Tbilisiyə Bakıdan hansı üsulla getğmək sərfəlidir – qatar, yoxsa təyyarə ilə?
Qeyd edək ki, hazırda Bakıdan Tbilisiyə Azərbaycan Hava Yollarının (AZAL) birbaşa reysi fəaliyyət göstərir. Bu reyslə Bakıdan Tbilisiyə uçmaq tarixdən asılı olaraq 156-294 manat arasında dəyişir.
İlk baxışdan 294 manatlıq rəqəm daha bahalı görünə bilər. Amma ADY-nin mayın 27-ə olan qiymətlərini, təyyarələrin gündə bir neçə dəfə uçduğunu, səfər vaxtının qatardakı 9 saata qarşı cəmi 1 saat 10 dəqiqə olduğunu, və nəhayət ADY-nin 23 kiloqramlıq yük mövzusunu nəzərə alanda təyyarə biletləri qatardan çox da baha görünmür.
İyun ayının 20-nə olan təyyarə biletləri isə daha ucuzdur:
Oxuculara daha yaxşı mənzərəni yaratmaq üçün qiymətlərin konkret tarixlər üzrə birbaşa müqayisəsini təqdim edirik.
Beləliklə, Bakıdan Tbilisiyə səyahət


Göründüyü kimi, həm təcili (bir həftə qalmış), həm də nisbətən uzaq (bir ay qalmış) səfərlərdə təyyarə biletləri qiymətlərinə görə, qatar biletləri ilə ciddi şəkildə rəqabət yaradırlar. Daha dəqiqi, qatar biletləri öz gözlənilməz bahalığı ilə təyyarə biletlərinə yaxınlaşıblar.
Qatardakı «Komfort» sinifinin 125 manatlıq qiyməti təyyarədəki 219 manatlıq qiymətdən 94 manat aşağı olsa da, sonrakı variantlarda qiyümət fərqi sürətlə azalır.
«Komfort+» sinifində qiymət AZAL-ın qiymətindən cəmi 57 manat, «Lüks» sinifinin qiyməti isə təyyarədən cəmi 17 manat ucuzdur.
Biletlərin təqribən 1 ay əvvəl alındığı 20 iyun səfərində isə məsələ daha aydındır – yəni fərq daha azdır.
Belə ki, təyyarə biletləri qatarın ən ucuz variantından cəmi 60 manat bahadır. Qatarda nisbətən yüksək sinifdə (yatmaq imkanı olan) isə qiymət fərqi 45 manata düşür. Nəhayət, Bakı Tbilisi qatarının «luks» versiyasında qiymətlər təyyarədən də yüksəkdir – AZAL-ın 180 manatlıq qiymətinə qarşı 208 manat.
Səfərə çıxma vaxtını və müddətini də nəzərə alanda uzaq müddətli planlaşdırmalarda təyyarədə qiymətlər qatardan o qədər də bahalı deyil. Üstəlik, qatar işə düşəndən sonra sərnişinlərni bir hissəsinin qatarla səyahət edəcəyini nəzərə alanda, təyyarə qiymətlərinin bir qədər də enəcəyi, istisna deyil.
Başqa sözlə, Azərbaycan Dəmir Yollarının yeni istifadəyə verəcəyi Bakı-Tbilisi qatarı təkcə dəmiryolu ilə deyil, təyyarə biletlərinə də marağı artıracaq.






![Gürcüstana hansı yolla getmək sərfəlidir – [red]ADY-nin QATARI, YOXSA AZAL-ın TƏYYARƏSİ? - MÜQAYİSƏ - QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/4889922.png)
![Gürcüstana hansı yolla getmək sərfəlidir – [red]ADY-nin QATARI, YOXSA AZAL-ın TƏYYARƏSİ? - MÜQAYİSƏ - QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/16375.png)
![Gürcüstana hansı yolla getmək sərfəlidir – [red]ADY-nin QATARI, YOXSA AZAL-ın TƏYYARƏSİ? - MÜQAYİSƏ - QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/4734350.png)
![Gürcüstana hansı yolla getmək sərfəlidir – [red]ADY-nin QATARI, YOXSA AZAL-ın TƏYYARƏSİ? - MÜQAYİSƏ - QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/2210074.jpg)
![Gürcüstana hansı yolla getmək sərfəlidir – [red]ADY-nin QATARI, YOXSA AZAL-ın TƏYYARƏSİ? - MÜQAYİSƏ - QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/416265.jpg)
![Gürcüstana hansı yolla getmək sərfəlidir – [red]ADY-nin QATARI, YOXSA AZAL-ın TƏYYARƏSİ? - MÜQAYİSƏ - QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/2456073.jpg)
![Gürcüstana hansı yolla getmək sərfəlidir – [red]ADY-nin QATARI, YOXSA AZAL-ın TƏYYARƏSİ? - MÜQAYİSƏ - QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/4599370.jpg)
![Gürcüstana hansı yolla getmək sərfəlidir – [red]ADY-nin QATARI, YOXSA AZAL-ın TƏYYARƏSİ? - MÜQAYİSƏ - QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/3151128.png)
![Gürcüstana hansı yolla getmək sərfəlidir – [red]ADY-nin QATARI, YOXSA AZAL-ın TƏYYARƏSİ? - MÜQAYİSƏ - QİYMƏTLƏR[/red] | FED.az](upload/news/small/1019082.png)








