Gürcüstanın avtomobil yollarından yük maşınlarının tranzit məqsədilə istifadəsi üçün rüsum 75 % artırılıb.
FED.az xəbər verir ki, bununla bağlı Gürcüstan hökumətinin müvafiq qərarına dəyişikliklər edilib.
Dəyişikliklərə əsasən, rüsum 200 laridən (68 ABŞ dolları) 350 lariyə (119 ABŞ dolları) qaldırılıb.
Yük daşıyanlar üçün yeni tarif bu ilin iyunun 20-dən qüvvəyə minəcək.
Yeni tarifin tətbiqi ilə Gürcüstanın yük tranzitindən əldə edəcəyi gəlirin kəskin artacağı gözlənilir.
Bu ilin yanvar-aprel aylarında qonşu ölkədən tranzit keçməklə daşınmış yüklərin sayı 116 mindən çox olub, büdcəyə daxilolmaların həcmi isə 23,2 milyon lari təşkil edib. (Report)