Gürcüstanı Rusiya ilə birləşdirən yeganə avtomobil yolu Yuxarı Lars magistralı dekabrın 26-da axşam saatlarında bütün növ avtomobillər üçün bağlanıb.
FED.az xəbər verir ki, buna həmin ərazilərə güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsinin artması səbəb olub.
Qeyd edək ki, dekabrın 26-da səhər avtomagistral yalnız qoşqulu və yarım qoşqulu yük avtomobilləri üçün bağlanmışdı. Axşama doğru isə güclü qar səbəbindən yol bütün növ avtomobillər üçün bağlanıb.
Həm Rusiya, həm də Gürcüstan tərəfi avtomobil sahiblərinə alternativ yollardan istifadə etməyi məsləhət görür.
Yolun nə vaxt açılacağı hələlik məlum deyil.