Gürcüstan İqtisadiyyat Nazirliyinin Mülki Aviasiya Agentliyi “Rossiya” aviaşirkətinin ölkələrarası birbaşa uçuşlar həyata keçirmək istəyinə iki dəfə rədd cavabı verib.
Ukrayna Gürcüstanın “Georgian Airways” şirkətinə - SANKSİYA QOYUB
FED.az xəbər verir ki, bu barədə idarənin Mətbuat Xidməti məlumat yayıb.
“Bu il mayın 16-da agentlik “Rossiya”nın Moskva-Tbilisi-Moskva istiqamətində müntəzəm reyslərin yerinə yetirilməsi ilə bağlı müraciətini təmin etməyib. Sentyabrın 14-də şirkət agentliklə yenidən əlaqə saxlayıb, lakin bu dəfə Moskva-Tbilisi-Moskva, Moskva-Batumi-Moskva və Sankt-Peterburq-Tbilisi-Sankt-Peterburq istiqamətləri üzrə müntəzəm uçuşlar həyata keçirmək üçün icazə istəyib. Elə həmin gün aviaşirkətin təklifindən imtina edilib”, - məlumatda deyilir.
Mülki Aviasiya Agentliyi aydınlaşdırıb ki, imtina “Rossiya”nın Avropa İttifaqının qara siyahısına salınması ilə bağlı olub. (Oxu.az)