Gürcüstan Dəmir Yolları Azərbaycanla dəmir yolu əlaqəsinin bərpa olunmasına münasibət bildirib.
Gürcüstanla dəmir yolu ilə sərnişindaşımaları bərpa olunacaq? - ADY-DƏN AÇIQLAMA
FED.az xəbər verir ki, qurumdan “Business Media” nəşrinə bildirilib ki, tərəflər arasında danışıqlar davam etdirilir, dəqiq tarix isə daha sonra açıqlanacaq.
“Tərəflər sərnişin daşımalarının bərpası üçün intensiv şəkildə çalışırlar. Bu məsələyə dair hər iki ölkənin dəmir yolu idarələri və aidiyyəti qurumları arasında danışıqlar və texniki detallarla bağlı aydınlaşdırmalar aparılır. Dəqiq tarix sonradan elan ediləcək”, - açıqlamada qeyd edilib. (Apa)