“Azərbaycanlılar Gorus-Qafan yolunda buraxılış məntəqəsinin inşasını başa çatdırıb”.
Eləcə də bax: İran yük maşınlarına Qarabağa və Laçına girməyi - QADAĞAN ETDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gorus merinin müavini Karo Koçaryan deyib.
Onun sözlərinə görə, azərbaycanlıların buraxılış məntəqəsi inşa etdikləri yolun sağında çox sayda İran yük avtomobillərinin toplaşdığını görmək mümkün olub.
K.Koçaryan həmçinin qeyd edib ki, yolun sol hissəsində Azərbaycan tərəfi yanacaqdoldurma stansiyasının inşasını davam etdirir.
“Gorus yolunda hərəkət hər saatda bir həyata keçirilir”, - deyə Gorus merinin müavini qeyd edib.