2019-cu ilin ikinci rübündə Gəncə-Naxçıvan-Gəncə aviareysinin açılması planlaşdırılır.
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin 2018-ci ilin yekunları ilə bağlı hesabatında “AZAL”ın həmin reysi həyata keçirmək üçün texniki imkanlarının mövcud olduğu öz əksini tapıb.
“Hazırda bu aviareysin iqtisadi cəlbediciliyini artırmaq və əlavə itkilərin qarşısının alınması üçün işlər aparılır”.
Gəncə-Naxçıvan reysi dəfələrlə fəaliyyət göstərib və bağlanıb.
Uçuşlar həftədə 4 dəfə keçirilib və müddəti 1,5 saata bərabər olub. Ötən il Gəncə Beynəlxalq Hava Limanından 69 min 649 sərnişin istifadə edib, 378,5 ton yük daşınıb. Ümumilikdə isə hava gəmiləri ilə 680 aviareys həyata keçirilib.
Gəncədən Naxçıvana təyyarə uçacaq
20:48
7 Mart 2019