Azərbaycanda sosial evlər layihəsinin icrasına artıq başlanılıb.
Fed.az saytı lent.az-a istinadən bildirir ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, güzəştli şərtlərlə mənzilə sahib olmasını təmin etmək məqsədilə ilk layihəsinin icrasına artıq başlayıb.
“MİDA” MMC-nin sifarişi ilə çoxmənzilli binaların inşa olunacağı ilk yaşayış kompleksi Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında yerləşən və sahəsi 11,6 hektar təşkil edən ərazidə salınacaq.
lent©