Hazırda Bakı dairəvi dəmir yolunda hərəkət edən sərnişin qatarı Bakıdan Pirşağıya qədər hərəkət edir. Novruz bayramına qədər Fatmayi- Goradil və Novxanı dayanacaqlarının istifadəyə verilməsi nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Zaman Novruzov jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, bu dayanacaqlar istifadəyə verildikdən sonra Bakı dairəvi dəmir yolu tam fəaliyyət göstərəcək.
Xatırladaq ki, Bakı dairəvi dəmir yolu xəttinin ümumi uzunluğu 91 kilometri əhatə edir.