Fevralın 1-dən etibarən sürücülər avtomobillərini texniki baxışdan keçirən zamanı dövlət rüsumu ilə yanaşı utilizasiya haqqı da ödəyəcəklər.
Azərbaycanda utilizasiya ilə bağlı sənədlərin formaları - TƏSDİQLƏNDİ
FED.az xəbər verir ki, ekspertlər bildirir ki, utilizasiya haqqında qanun ölkədə avtomobil parkının yenilənməsi üçün nəzərdə tutulub.
Statistikaya görə, ölkəyə 5 il ərzində 270 mindən çox avtomobil gətirilib. Lakin bunların hamısı yeni avtobil deyil və ölkənin avtomobil parkına nəzər salsaq, demək olar ki, bu avtomobillərin böyük əksəriyyəti işlənmişdir.
Mövzu ilə bağlı danışan nəqliyyat eksperti Yasin Mustafayev deyir ki, utilizasiya haqqı avtomobilin ilinə görə dəyişir. Lakin avtomobilini utilizasiyaya göndərmək isə hələ ki, sürücünün qərarından asılıdır.
Bəs utilizasiya fondu nədir?
Ekspertin sözlərinə görə, dünya təcrübəsində də bu fond var. Bəzi ölkələrdə fondun xərcləri dövlət tərəfindən qarşılansa da, əksər ölkələrdə fond sürücülər tərəfindən maliyələşdirilir. Bundan başqa, ödənilən utilizasiya haqqı toplanır və avtomobil utlizasiyaya göndəriləndə sürücüyə verilir.
Ölkəmizdə avtomobil parkının 70-80 faizini 20 ildən və ondan daha çox istehsal tarixi olan avtomobillər təşkil etdiyindən, qeydə alınan yol nəqliyyat hadisələrinin də ağırlıq dərəcəsi çox olur.
Qeyd edək ki, nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışı keçirilərkən sürücülərdə dövlət rüsumu ilə yanaşı, "Tullantılar haqqında" qanuna uyğun olaraq müəyyən edilən utilizasiya haqqının da sənədi olmalıdır. (Xezerxeber.az)