Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində istifadə olunacaq sərnişin vaqonları Azərbaycana gələn il çatdırılacaq.
FED.az bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, vaqonlar əvvəlcədən deyildiyi kimi, İsveçrənin “Stadler” şirkətindən alınacaq.
C.Qurbanov BTQ ilə mümkün daşınma tarifləri barədə də danışıb: “Əgər o vaxta qədər elektrik enerjisinin qiymətində dəyişiklik və digər əlavə xərclər olmasa, tariflər əhalinin büdcəsinə uyğun olacaq".